Kənan M.M həbs olundu

Məşhur rejissor Kənan M.M həbs olunub. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Kənan Mahmudov Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə əsasən təqsirləndirilən şəxs qismində saxlanılıb. Hazırda o, Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılır. Kənan M.M.-in həyat yoldaşı, müğənni Aygün Şükürova hazırda rayonda olduğunu, baş verən hadisədən xəbərinin omadığını deyib.